BAKI, 18 iyun. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov 2027-ci ildə Albaniyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.
Qırğızıstanda səfərdə olan Albaniya Prezidenti Bayram Beqay Sadır Japarovu gələn il ölkəsinə rəsmi səfərə dəvət etdi. Qırğızıstan lideri dəvəti qəbul edib.
Liderlər Çolpon-Ata şəhərində baş tutan görüşün yekununda Qırğızıstan-Albaniya münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı birgə bəyanat imzalayıblar.