BAKI, 16 iyun. TELEQRAF

“Qərb həmişə ikiüzlülüyü və ikili standartları ilə məşhur olub”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada türkiyəli həmkarı Hakan Fidanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Qərb dünyası həmişə ikiüzlülüyü ilə məşhur olub, bu vərdişləri hələ də qalır: ikili standartlar; beynəlxalq hüququn heçə sayılması, qaydalara əsaslanan nizam, yaxud “mən hər şey edə bilərəm, amma hamı məndən icazə almalıdır”, - Lavrov qeyd edib.