BAKI, 12 iyun. TELEQRAF

Avstriya Əmək və İqtisadi İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr Departamentinin direktoru Elizabet Vaysenbökün rəhbərlik etdiyi nümayəndə heyətinin Aşqabada səfəri başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.

Səfərin əsas məqsədi Türkmənistan-Avstriya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının 13-cü iclasında iştirak etməkdir.

Türkmənistan Ticarət və Sənaye Palatasında hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tərəflər ikitərəfli tərəfdaşlığın mövcud vəziyyətini və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Həmçinin enerji, nəqliyyat, logistika və yüksək texnologiyalar sahələrində birgə layihələri müzakirə etmək üçün ikitərəfli görüşlər keçirilib. Ticari əməkdaşlığına xüsusi diqqət yetirilib.

Avstriya nümayəndə heyətinin səfəri iyunun 14-dək davam edəcək.