BAKI, 11 iyun. TELEQRAF

“Qırğızıstan Qərb tərəfdaşlarının sorğusu əsasında yüksək sanksiya riskli əməliyyatlarda iştirak etdiyi ehtimal olunan 50 şirkətin ləğvi istiqamətində iş aparır”.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin sanksiyalar siyasəti üzrə xüsusi nümayəndəsi, iqtisadiyyat və ticarət naziri Bakıt Sidıkov bildirib.

Nazirin sözlərinə görə, Bişkek 2023-cü ildən bəri sanksiya rejimlərinə riayət etmək və beynəlxalq məhdudiyyətlərin qarşısının alınması məsələləri ilə bağlı ABŞ, Avropa İttifaqı və Böyük Britaniya ilə fəal dialoq aparır.

“Qərb tərəfdaşlarımızın xahişi ilə yüksək sanksiya riskləri olan əməliyyatlarda iştirakı ehtimal edilən 50 şirkətin ləğvi üzrə işlər aparılır”, - Sidıkov əlavə edib.