BAKI, 11 iyun. TELEQRAF

Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi Əfqanıstan-Tacikistan-Qırğızıstan marşrutu boyunca və daha sonra MDB ölkələrinə sabit narkotik tranzit kanalı qurmuş transmilli narkotik qaçaqmalçılığı qrupunu zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, əməliyyatın beynəlxalq narkotik tranzit kanalının müəyyən edilməsi və qarşısının alınması üzrə davam edən əməliyyat və istintaq tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilib.

Müvafiq tədbirlər nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb, bir nəfər Qırğızıstan vətəndaşı saxlanılıb.

Hazırda narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupun bütün üzvlərinin müəyyən edilməsi üçün əlavə istintaq tədbirləri həyata keçirilir.