BAKI, 10 iyun. TELEQRAF
Qazaxıstan xarici tərəfdaşların istəyinə baxmayaraq, neft tədarükünü tələb olunan səviyyəyə qədər artıra bilmir.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazındakı məhdudiyyətlər fonunda tərəfdaş ölkələr rəsmi Astanadan ixracı maksimum dərəcədə artırmağı xahiş edirlər:
"Lakin Qazaxıstanın mövcud infrastruktur imkanları buna icazə vermir. İxracın artırılması üçün nəzərdə tutulan alternativ marşrutlar isə həddindən artıq baha başa gəlir".