BAKI, 9 iyun. TELEQRAF
Özbəkistan və Belarus Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərinə dair ilk məsləhətləşmələr baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr zamanı tərəflər konsulluq əməkdaşlığı, əmək miqrasiyası və müqavilə-hüquq bazasının genişləndirilməsinə dair geniş spektrli məsələləri müzakirə ediblər.