BAKI, 5 iyun. TELEQRAF
Türkmənistan xarici işlər nazirinin müavini Myaxri Byaşimova Fələstin Aşqabaddakı səfiri səfiri Rəna əbu Hiclə ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər müxtəlif sahələrdə Türkmənistan-Fələstin əməkdaşlığını müzakirə ediblər. Həmçinin mədəni və humanitar əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetirilib.
İki ölkənin mədəni irsinin qorunması və təşviqi üçün birgə fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.