BAKI, 15 may. TELEQRAF

Türkmənistan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatında (ICESCO) müşahidəçi statusu qazanıb.

Teleqraf Türkmənistan KİV-lərinə istinadən xəbər verir ki, Türkmənistana bu status ICESCO-nun Kazanda keçirilən Baş Konfransının 15-ci sessiyasında verilib.

ICESCO İslam Əməkdaşlıq Təşkilatının nəzdində fəaliyyət göstərən və 53 ölkəni birləşdirən ixtisaslaşmış hökumətlərarası təşkilatdır.