BAKI, 12 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 13–14-də qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya dövlət səfəri edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində dövlət başçıları ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcəklər.
Həmçinin prezidentlərin iştirakı ilə Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının keçirilməsi planlaşdırılır.
Daha sonra mayın 15-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.