BAKI, 8 may. TELEQRAF
Aşqabadda Türkmənistan-Gürcüstan Hökumətlərarası Komissiyasının beşinci iclası keçirilib.
Teleqraf xəbər verir ki, danışıqlara Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Nəzər Ağaxanov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili sədrlik edib.
Tərəflər ikitərəfli ticari-iqtisadi münasibətlərin vəziyyətini təhlil edərək, onların genişləndirilməsi üçün prioritetləri müəyyən ediblər. Əsas mövzu nəqliyyat və logistika potensialının inkişafı, xüsusən də dəmir yolu ilə yükdaşımalarının artırılması olub.
Müvafiq qurumların nazir müavinləri nəqliyyat və infrastruktur sektorlarında əməkdaşlıq perspektivləri barədə hesabatlar təqdim ediblər. Gündəliyə yanacaq-enerji sektorunda və kimya sənayesində əməkdaşlıq məsələləri də daxildir.
İştirakçılar işgüzar əlaqələrin gücləndirilməsinin və birgə investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar. Diplomatik kanallar və iki ölkənin Maliyyə və İqtisadiyyat nazirlikləri arasında əməkdaşlıq məsələləri də müzakirə edilib.
Görüşün sonunda tərəflər əldə edilmiş razılaşmaları rəsmiləşdirən və ticari-iqtisadi və humanitar sahələrdə gələcək tərəfdaşlıq üçün prioritet sahələri müəyyən edən protokol imzalayıblar.