BAKI, 7 may. TELEQRAF
Türkmənistan Çindən Əfqanıstana yüklərin daha sürətli və daha səmərəli çatdırılmasını təmin edəcək yeni multimodal nəqliyyat dəhlizinin bir hissəsinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
Bildirilib ki, konteynerlər yenilənmiş marşrut üzrə 30 gün ərzində orta hesabla təxminən 7400 kilometr məsafə qət edir, bu da tranzit müddətlərini əhəmiyyətli dərəcədə optimallaşdırır və logistika zəncirlərinin dayanıqlığını artırır.
Yeni sxemə əsasən, yüklər Çindən dəmir yolu ilə Qazaxıstandakı Altınkol stansiyası vasitəsilə daşınır, daha sonra Özbəkistanda Buxara logistika mərkəzinə çatdırılır. Bu mərhələdə konteynerlər avtomobil nəqliyyatına ötürülür.
Daha sonra çatdırılma Türkmənistandan keçərək Əfqanıstanın Herat şəhərinə qədər davam edir.
Əvvəllər bu marşrut üzrə daşımalar əsasən İranın Bəndər Abbas limanı vasitəsilə dəniz vasitəsilə, ardınca da quru yolu ilə Əfqanıstana çatdırılırdı. Yeni nəqliyyat dəhlizi çatdırılma müddətini azaldacaq.