BAKI, 5 may. TELEQRAF
Özbəkistan və Səudiyyə Ərəbistanı turizmin inkişafı üzrə işçi qrupunun təsis edilməsi barədə razılığa gəliblər.
Teleqraf Özbəkistan KİV-inə istinadən xəbər verir ki, tərəflər praktiki fəaliyyət planının hazırlanmasını və prioritet investisiya layihələrinin müəyyənləşdirilməsini nəzərdə tuturlar.
Müvafiq razılaşma Səmərqənddə Özbəkistanın Turizm Komitəsinin rəhbərliyi ilə Səudiyyə Ərəbistanından gələn nümayəndə heyəti arasında keçirilən danışıqlar zamanı əldə edilib.