BAKI, 21 aprel. TELEQRAF
“Rusiya Dövlət Dumasına seçkilər 2026-cı ilin payızında keçiriləcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Xatırlatmaq istərdim ki, Dövlət Dumasına seçkilər bu payızda keçiriləcək və ilk dəfə olaraq Rusiya ilə yenidən birləşmiş dörd tarixi bölgəmizin (Ukraynanın işğal edilmiş əraziləri – red.) sakinləri də iştirak edəcəklər. Seçkilər çətin şəraitdə keçiriləcək”, - o bildirib.
Vladimir Putin qeyd edib ki, Rusiyanın düşmənləri sentyabr seçkiləri zamanı cəmiyyəti bölmək və sabitliyi pozmaq üçün istənilən fürsətdən istifadə etməyə çalışacaqlar:
“Anlayırıq ki, seçkilər çətin şəraitdə keçiriləcək, rəqiblərimiz, daha doğrusu, əsasən xarici düşmənlərimiz Rusiya cəmiyyətini bölmək və sabitliyi pozmaq üçün istənilən fürsətdən yararlanmağa çalışacaqlar. Əminəm ki, bütün bu cür cəhdlər uğursuz olacaq, seçicilər konstruktiv siyasi proqramlara və ideyalara, vətənpərvərlərə və fəal insanlara üstünlük verəcəklər”.