BAKI, 21 aprel. TELEQRAF
“Rusiya Ukraynada xüsusi hərbi əməliyyatın məqsədilərinə nail olacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu gün ən vacib şey birlikdir. Ancaq birliyimiz sayəsində xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olacağıq. Həmrəylik və şəxsi məsuliyyət sayəsində ölkənin strateji prioritetlərini və dövlətimizin uzunmüddətli tarixi perspektivdə inkişaf prioritetlərini həyata keçirəcəyik”, - Rusiya lideri vurğulayıb.