BAKI, 16 aprel. TELEQRAF

Qırğızıstan Baş naziri Adılbek Kasımalıyev Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər ticari-iqtisadi və investisiya layihələri, mülki aviasiyanın inkişafı, sanksiyalar gündəliyi və vizaların sadələşdirilməsi də daxil olmaqla, ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə ediblər.

Adılbek Kasımalıyev Qırğızıstanın texnologiya, rəqəmsallaşdırma və innovasiya sahələrində ABŞ ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Səfər zamanı Amerika texnologiya şirkətləri ilə bir neçə görüş keçirilib.

Baş nazir Marko Rubionu Qırğızıstana rəsmi səfərə dəvət edib.

ABŞ dövlət katibi tərəfdaşlığı inkişaf etdirməyə və bütün sahələrdə dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyib.

Tərəflər Qırğızıstanla ABŞ arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəliblər.