BAKI, 10 aprel. TELEQRAF
Pakistanın paytaxtı İslamabad bu həftəsonu ABŞ və İran arasında keçiriləcək danışıqlardan əvvəl karantinə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Paytaxtda yolları konteynerlər və tikanlı məftillərlə bağlanıb, şəhər boyunca təhlükəsizlik qüvvələrini yerləşdirib.
Nümayəndə heyətlərinin qalacağı gözlənilən “Serena” otelinin ətrafında üç kilometrdən çox ərazi tamamilə bağlanıb. Hətta İslamabada baxan təpələrdəki yürüyüş yolları belə bağlanıb.