BAKI, 9 aprel. TELEQRAF

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün aprelin 9-da İslamabada gedəcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm məlumat verib.

İsrailin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəsi dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrə baxmayaraq, Pakistan Baş naziri Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir”, - o, X-də yazıb.

Xatırladaq ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.