BAKI, 8 aprel. TELEQRAF
Pekinin vasitəçiliyi ilə Çinin Urumçi şəhərində məsləhətləşmələrdən sonra Əfqanıstan və Pakistan fikir ayrılıqlarını dərhal həll etməyin vacibliyi barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin məlumat verib.
“1-7 aprel tarixlərində Çin, Əfqanıstan və Pakistan nümayəndələri Urumçidə bir sıra qeyri-rəsmi görüşlər keçiriblər. Tərəflər fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə sadiq olduqlarını bir daha təsdiqləyərək, vəziyyəti gərginləşdirəcək addımlar atmamağa söz veriblər”, - diplomat bildirib.