BAKI, 18 mart. TELEQRAF

Martın 18-də Özbəkistan adından Əfqanıstan xalqına humanitar yardım çatdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu nəcib təşəbbüs Ramazan bayramı münasibətilə Əfqanıstan xalqına dəstək olmaq və iki ölkə arasında yaxın qonşuluq və dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə həyata keçirilib.

Ümumi çəkisi 290 tondan çox olan humanitar yükə un, düyü, buğda, bitki yağı, hazır qida məhsulları, makaron, qənnadı məmulatları və digər məhsullar daxildir.

Humanitar yardımın rəsmi təhvil-təslim mərasimi Hayraton şəhərində baş tutub.