BAKI, 17 mart. TELEQRAF

Ümumdünya Vərəm Günü münasibətilə BMT-nin Aşqabaddakı ofisində seminar keçirilib.

Teleqraf xəbər verir ki, tədbir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkmənistandakı ofisi tərəfindən təşkil olunub.

İştirakçılar, 2030-cu il hədəflərinə uyğun olaraq, ölkə və regionda vərəmin aradan qaldırılmasını sürətləndirmək üçün əldə edilən irəliləyişlər və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Seminarda ÜST-ün Avropa və Mərkəzi Asiyada vərəm və digər yoluxucu xəstəliklərlə mübarizə üzrə strateji prioritetləri, o cümlədən 2023-2030-cu illər üçün Vərəmlə Mübarizə Fəaliyyət Planı və “Vərəmsiz Mərkəzi Asiya” regional təşəbbüsünün həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Türkmənistanın 2026-2030-cu illər üçün milli vərəm strategiyasına keçidi də müzakirə edilən mövzular arasında olub.

Sonda iştirakçılar Türkmənistan və regionda vərəm və digər yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi üçün əlavə addımları müzakirə ediblər.