BAKI, 13 mart. TELEQRAF
Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi gecikə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ölkə prezidentinin ÜTT məsələləri üzrə xüsusi nümayəndəsi Əzizbek Urunov bildirib.
“Bəzi ölkələr sənədlərin nəzərdən keçirilməsində yavaş hərəkət edirlər. Dekabr ayında bununla bağlı narahatlığımızı bildirdik və prosesi gecikdirən ölkələrin olduğunu dedik. Adlarını çəkmək yersiz olardı. Amma belə ölkələr var, hazırda onlarla danışıqlar aparırıq”, - o qeyd edib.
Uunov əlavə edib ki, problem təkcə Özbəkistanla bağlı olsaydı, o, martda təşkilata qoşulmağa hazır idi.
Daşkənd bu prosesi martda Kamerunda keçiriləcək ÜTT Nazirlər Konfransının 14-cü sessiyasına qədər başa çatdırmağı planlaşdırırdı.
Xatırladaq ki, ötən il Özbəkistan tərəfi 40-dan çox danışıqlar aparmış və Avropa İttifaqı, Çin, Rusiya, Böyük Britaniya, İsveçrə, Kanada, Avstraliya və digər ölkələrlə müvafiq sazişlər imzalamışdı.