BAKI, 5 mart. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səud ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
Şahzadə ilə söhbəti zamanı dövlət başçısı Yaxın Şərqdə münaqişənin gərginləşməsinin təkcə regional deyil, həm də qlobal təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaratdığına diqqət çəkib.
Tərəflər ikitərəfli münasibətləri yeni və keyfiyyətcə yüksəltmək, eləcə də beynəlxalq aləmdə birgə səyləri əlaqələndirmək üçün müntəzəm siyasi dialoqu gücləndirmək barədə razılığa gəliblər.