BAKI, 27 fevral. TELEQRAF

“Pakistan Silahlı Qüvvələri ölkə ərazisinə istənilən hücuma sarsıdıcı cavab vermək üçün lazım olan hər şeyə malikdir”.

Teleqraf xəbər verir ki, Pakistan Baş naziri Şahbaz Şərif bunu Əfqanıstanla sərhəddə davam edən döyüşlərə cavab olaraq bildirib.

“Pakistan xalqı və ordusu həmişə milli təhlükəsizlik və suverenliyini qorumağa hazırdır. Biz həmişə sülh tərəfdarı olmuşuq, amma Pakistanın ərazi bütövlüyünə istənilən qəsdi dəf etməyə hazırıq”, - o qeyd edib.