BAKI, 13 fevral. TELEQRAF

“Rusiya KTMT-də sədrlik çərçivəsində geosiyasi gərginlik şəraitində təşkilata üzv ölkələr arasında konsolidasiyasını təmin etmək məqsədini qarşıya qoyub”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Diplomat Rusiyanın təşkilatın hərbi komponentinin inkişafına xüsusi önəm verdiyini bildirib: “KTMT kollektiv qüvvələrinin döyüş potensialının artırılması, müasir və müvafiq silah və texnika ilə təmin edilməsi nəzərdə tutulur”.

Pankin qeyd edib ki, Rusiya sədrlik dönəmində KTMT-nin hərbi komponentinin inkişafına böyük önəm verir:

“KTMT kollektiv qüvvələrinin döyüş potensialının artırılması, müasir və müvafiq silah-sursat və texnika ilə təmin edilməsi əsas hədəfdir. Xüsusi diqqət hava komponentinin inkişafına yönəldiləcək”.