BAKI, 5 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin antibiotiklərin əsaslı səbəblər olmadan müalicədə geniş şəkildə istifadəsini tənqid edib.
Teleqraf xəbər verir ki, bu barədə o, elm və innovasiya sahəsində mükafatları təqdim edərkən gənc alimlərlə qeyri-rəsmi söhbətində bildirib.
“Antibiotiklər lazım olan yerdə də, lazım olmayan yerdə də istifadə olunur. Sadə nümunə: adam öskürən kimi dərhal antibiotik verirlər”, - Putin qeyd edib.
Söhbətdə iştirak edən gənc alimlərdən biri uzun müddətdir antibiotikləri araşdırdığını söyləyib.
“Yaxşı olardı ki, sizin tədqiqatlarınız sayəsində hamımızın uzun bir yolu olsun”, - Rusiya lideri gülümsəyərək ona cavab verib.