BAKI, 4 fevral. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Pakistan Baş naziri Şahbaz Şərif İslamabadda iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Pakistan və Qazaxıstan liderlərinin iştirakı ilə müxtəlif sahələri əhatə edən daha 19 sənəd imzalanıb.