BAKI, 29 yanvar. TELEQRAF

“Ölkəniz sözün əsl mənasında dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rəcəb Tayyib Ərdoğan görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Özbəkistan Prezidenti qeyd edib ki, Türkiyə getdikcə daha çox təsir gücünə malik olur: "Bu, təkcə İslam dünyasında deyil, həm də qlobal miqyasdadır:

"Türk Əsri" strateji proqramı sistemli şəkildə həyata keçirilir. Ankaranın səsi beynəlxalq arenada daha yüksək səslənir”.