BAKI, 23 yanvar. TELEQRAF

Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lam beş illik müddətə yenidən seçilib.

Teleqraf xəbər verir ki, bu, VKP-nin 14-cü qurultayı nəticəsində mümkün olub.

To Lam VKP-yə 2024-cü ildən rəhbərlik edir. O, 2024-cü ildə 80 yaşında vəfat edən, 2011-ci ildən partiyaya rəhbərlik edən baş katib Nquyen Fu Çonqun yerinə MK baş katibi seçilmişdi.