BAKI, 16 yanvar. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkian və İsrail Baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Prezident günün ilk yarısının böyük hissəsini İran ətrafındakı vəziyyətə həsr edib. Bu gün o, İsrail Baş naziri Netanyahu ilə telefon danışığı aparıb, bu barədə müvafiq açıqlama verilib. İran Prezidenti Pezeşkianla da telefon danışığının nəticələri barədə məlumat verəcəyik”, - Peskov qeyd edib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya İran və bütün regionda gərginliyin azaldılmasına kömək etməyə çalışır, Vladimir Putin də bunun üçün səylər göstərir.
Peskov İran və ətrafında vəziyyətin gərginləşməsi halında Moskvanın Tehrana hansı yardımı göstərməyə hazır olduğu sualına belə cavab verib.
“Rusiya təkcə İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh işinə yardım göstərməyə davam edir”.