BAKI, 31 dekabr. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi BMT baş katibi vəzifəsinə ən güclü namizəddir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki yeni daimi nümayəndəsi Dmitri Polyanski bildirib.

“Rafael Qrossi güclü namizəddir və onun müraciəti baş katib vəzifəsinə seçim prosesini zənginləşdirəcək. Hələlik namizədlik prosesi ilkin mərhələdədir, proqnoz vermək üçün hələ tezdir”, - rusiyalı diplomat deyib.

Argentina noyabrda Rafael Qrossini rəsmi olaraq BMT baş katibi vəzifəsinə namizəd göstərib.

BMT-nin hazırkı baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatacaq. Seçkilərin gələn ilin iyul ayında keçirilməsi planlaşdırılır.