BAKI, 30 dekabr. TELEQRAF
Pakistan Baş naziri Şahbaz Şərif Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumunu pisləyərək, bu hərəkətlərin sülh və təhlükəsizliyə təhdid yaratdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.
“Sülhə nail olmaq üçün səylərin göstərildiyi bir vaxtda bu dəhşətli hərəkət sülh, təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradır. Pakistan Rusiya Federasiyasının Prezidenti, eləcə də Rusiya hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir”, - Şərif deyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Novqorod vilayətindəki prezident iqamətgahına 91 drondan istifadə edərək hücum edib. Nazir bütün dronların məhv edildiyini irəli sürüb.