BAKI, 27 dekabr. TELEQRAF
“Rəqəmlərin sehrinə inananlar üçün 2026-cı il xüsusi bir il olacaq”.
Teleqraf xəbər verir ki, bunu qazaxıstanlı numeroloq Ayman Jetpisbayeva “Kazinform”a deyib.
“Bu, yeni təşəbbüslərin təməlinin qoyulduğu bir dövrdür. Genişmiqyaslı dəyişikliklər gözlənilir. İlin elementi oddur - sürət, hərəkət və inkişafın rəmzidir”, - o bildirib.
Aymanın fikrincə, 2026-nı elm və İT ili də adlandırmaq olar. Bu sahələrdə misli görünməmiş inkişaflar olacaq. Avtomatlaşdırma, rəqəmsallaşdırma, yeni xidmətlər və süni intellekt sürətlə inkişaf edəcək. Əmək bazarı transformasiya oluna bilər. Ənənəvi peşələr yerini dəyişəcək və yeni bacarıqlara tələbat artacaq.
Astroloq Viktoriya Skvirskaya isə söyləyib ki, 2026-cı ildə uğur proaktiv və adi dairədən kənara çıxa bilən insanların olacaq:
“İlin əsas favoritləri Əkizlər, Əqrəb və Şirdir. Bu bürclərin peşəkar inkişaf, artan gəlir və müsbət dəyişikliklər yaşayacağı gözlənilir. Amma Dolça, Qız və Qoç üçün çətinliklər yarana bilər”.
Viktoriya Skvirskaya bütün bürclərə proaktiv olmağı və cəsarətli qərarlar qəbul etməyi məsləhət görür. Sağlamlığa da diqqət yetirmək vacibdir.
“Bu il sağlamlığınıza, xüsusən də sinir sisteminizə xüsusi diqqət yetirməyiniz yaxşı fikirdir. Dəyişikliklər gözləmək əvəzinə, hər kəs həyatını öz daxilindən dəyişməyə başlamalıdır”, - o vurğulayıb
Astroloqa görə, il od elementini daşıyan insanlar, yəni 1966-1967, 1976-1977, 1986-1987, 1996-1997, 2006-2007-ci il təvəllüdlülər üçün uğurlu olacaq. Doğum tarixi və ayında 1, 5, 6 və ya 8 rəqəmləri olan insanlar üçün də əlverişlidir.
Viktoriya Skvirskaya sürət dolu bir ildə ehtiyatlı olmağa çağırır: “Od sürətli bir elementdir. Buna görə də düşünmək üçün az vaxt olacaq, tez qərar verməyi öyrənməlisiniz. Təbii fəlakətlər səbəbindən fevral və yay aylarında diqqətli olmağa dəyər”.
Şərq təqviminə görə, 2026-cı il qırmızı alovlu At ilidir. Bu il 2026-cı il fevralın 17-də başlayır, 2027-ci il fevralın 5-dək davam edir.