BAKI, 25 dekabr. TELEQRAF

Əfqanıstanın keçmiş polis komandiri Əkrəmoddin Sari Tehranda güllələnib.

Teleqraf xəbər verir ki, o, Tehranda silahlı hücum nəticəsində öldürülüb.

İran polisi onun qətlini təsdiqləyib.

Məlumata görə, Sari dekabrın 24-də Tehranın mərkəzindəki “Vəliəsr” küçəsində iş yerinin çıxışında güllələnib. Silahılar onu başından vurublar. Sari xəstəxanaya aparıldıqdan sonra ölüb.

İran polisinin hadisə ilə bağlı araşdırma başlatdığı və hücum edənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün səylərin davam etdiyi bildirilib.

KİV Əkrəmoddin Sarinin Əfqanıstanın Taliban hökumətinə qarşı müxalif mövqedə olduğunu yazıb.