BAKI, 22 dekabr. TELEQRAF

Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü çərçivəsində Rusiya ilə ikitərəfli bazara çıxış danışıqlarını yekunlaşdıran protokol imzalanıb.

Teleqraf xəbər verir ki, Özbəkistan prezidentinin ÜTT məsələləri üzrə xüsusi nümayəndəsi Azizbek Urunov bunu prosesdə mühüm addım kimi dəyərləndirib

Ölkə rəsmisi bildirib ki, bundan sonra çoxtərəfli danışıqlar və zəruri qanunvericilik dəyişikliklərinə diqqət daha da artırılacaq.

Sənəd Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sankt-Peterburqa işgüzar səfəri çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ilə birlikdə imzalanıb.