BAKI, 11 dekabr. TELEQRAF

“Əgər Qərb ölkələri Rusiyaya qarşı nəzakətsizlik məntiqinə sadiq qalmağa davam etsələr, iş pis qurtaracaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir iddia edib ki, NATO uzun illər ərzində Rusiyaya qarşı destruktiv, dağıcı eskalasiya kursu aparıb və Rusiyanın qərbində yerləşən dövlətləri bir-bir ələ keçirib.

“O zaman qərbli həmkarlarımızın diqqətinə çatdırırdıq ki, özlərini nəzakətli aparmırlar, prezidentlərinin, baş nazirlərinin öhdəliklərini pozurlar. Bizə cavab verirdilər ki, bunlar siyasi öhdəliklərdir, biz hüquqi öhdəliklər imzalamamışıq. Belə bir məntiq. Bu məntiq işləmir. Əgər onlar buna əməl etməyə davam edəcəklərsə, onda iş pis qurtaracaq”, - Lavrov vurğulayıb.