BAKI, 10 dekabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni qaçılmaz edən səbəbləri anlamağa başlayan yeganə Qərb lideridir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya gətirdiyi təkliflər Ukraynada milli azlıqların hüquqları və dini azadlıqların təmin edilməsi zərurəti ilə bağlıdır.