BAKI, 10 dekabr. TELEQRAF
“Rusiyanın xarici siyasət prioritetlərindən biri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə müxtəlif formatlarda strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini gücləndirməkdir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Avrasiya İqtisadi Birliyi və MDB çərçivəsində çoxşaxəli əlaqələr inkişaf edir, oktyabrda Düşənbədə keçirilmiş MDB sammitində işə salınmış MDB+ adlı yeni format isə perspektivlidir”, - o bildirib.