BAKI, 10 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Qırğızıstandan malların güzəştli idxalı müddətinin 2025-ci il dekabrın 25-dək uzadılması haqqında fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Söhbət avtomobil yolu ilə gətirilən mallardan gedir.
Sənədə əsasən, Rusiya hüquqi şəxsləri bu cür malları Avrasiya İqtisadi Birliyinin məhsulları kimi statusunu təsdiq edən sənədlər olmadan, habelə etiketlənmədən və ya birliyin və ya Rusiya qanunvericiliyi ilə tələb olunan digər məlumat olmadan idxal edə bilər.
Həmçinin, müəyyən şərtlərə riayət olunmaqla belə məhsulların idxalı gömrük qaydaları və məhsulların etiketlənməsi tələblərinin pozulması hesab edilmir.