BAKI, 9 dekabr. TELEQRAF
“Avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi 288 milyon ton təşkil edib, bu, ötən illə müqayisədə 1,7 faiz artıb”.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev hökumətin iclasında bildirib.
“42 ölkəyə avtomobil nəqliyyatı ilə yükdaşıma həyata keçirilir. Ötən il Çin və Özbəkistanla daşıma üzrə icazə blankları elektron formata keçirilib. Hazırda Azərbaycan sistemi ilə inteqrasiya üzrə texniki işlər aparılır. Növbəti mərhələdə Türkiyə və Qırğızıstanla bu istiqamətdə müvafiq işlərin həyata keçirilməsi planlaşdırılır”, - nazir vurğulayıb.
N. Sauranbayev qeyd edib ki, Qazaxıstan avtomobil yükdaşımalarında rəqabətqabiliyyətli olmaq üçün müşayiətedici sənədlərin rəqəmsallaşdırılmasını davam etdirəcək.