BAKI, 27 noyabr. TELEQRAF
Özbəkistan Dövlət Təhlükəsizliyi Xidmətinin xarici ölkələrin xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 25 ildən artıq axtarışda olan Özbəkistan vətəndaşı xaricdə saxlanılaraq ölkəyə gətirilib.
Teleqraf xəbər verir ki, dini ekstremist hərəkatın ideyalarını dəstəkləyən və məqsədi “cihad” olan bu şəxs 1999-cu ildə Özbəkistanı tərk edərək Əfqanıstan, Pakistan və Suriya ərazilərində beynəlxalq terror təşkilatlarının tərkibində döyüş əməliyyatlarında iştirak edib.
Başqasının adına verilmiş saxta sənədlərlə gizlənən şəxs MDB üzvü olan ölkələrin birində həbs olunub. Hazırda onun barəsində “işə cəlbetmə”, “terrorçuluq”, “Özbəkistanın Konstitusiya quruluşuna qəsd” və digər maddələri ilə istintaq aparılır.