BAKI, 21 noyabr. TELEQRAF
“ABŞ Rusiya ilə Ukraynadakı münaqişənin nizamlanmasına dair 28 bəndlik planını ətraflı müzakirə etməyib”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Xeyr, rəsmi olaraq heç nə almamışıq. Bəzi yenilikləri görürük. Amma rəsmi olaraq heç nə almamışıq. Bu məqamlarla bağlı heç bir əsaslı müzakirə aparılmayıb”, - o, jurnalistlərin Rusiyanın bu təşəbbüslərin hazırlanmasında iştirak edib-etməməsi ilə bağlı sualına cavab verib.