BAKI, 19 noyabr. TELEQRAF
Bişkekdə Qırğızıstan Respublikası və Qətər Dövləti Xarici İşlər nazirlikləri arasında üçüncü siyasi məsləhətləşmələr keçirilib.
Teleqraf xəbər verir ki, məsləhətləşmələr zamanı tərəflər siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini, o cümlədən yaxın gələcəkdə əməkdaşlıq planları və yüksək səviyyədə qarşılıqlı səfərlərin təşkilini müzakirə ediblər.
Tərəflər imzalanmış sənədlərin icrası və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq və regional gündəliyə dair danışıqlar olub, BMT, İsmal Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə sadiqlik təsdiqlənib.
Tərəflər əldə olunmuş razılaşmaların həyata keçirilməsi məqsədilə Qırğızıstan Respublikası və Qətər Dövləti Xarici İşlər nazirlikləri arasında müntəzəm olaraq ikitərəfli görüşlərin keçirilməsi barədə qarşılıqlı razılaşıblar.