BAKI, 18 noyabr. TELEQRAF
Türkmənistanın Maxtumquli adına Dövlət Universitetinin Tarix fakültəsinin 4-cü kurs tələbəsi Ziyada Yusubova “Türk xalqlarının ən yaxşı tələbəsi” beynəlxalq müsabiqəsinin qalibi olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Münsiflər heyəti gənc tədqiqatçının gənclər siyasətinin irəliləyişi və türk ölkələri arasında mədəni və təhsil əlaqələrinin inkişafına mühüm töhfəsini yüksək qiymətləndirib. Onlayn tədbirin yekununda Ziyada Yusubova birinci dərəcəli diplom, döş nişanı və fəxri kubokla təltif edilib.
Müsabiqə “Bilim-orkenieti” Milli İnnovasiya Araşdırma Mərkəzi və “Jana Qazaxıstan” İnnovasiya Mərkəzi tərəfindən təşkil olunub.