BAKI, 7 noyabr. TELEQRAF

Yaponiya hökuməti Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket buraxmasına görə Pxenyana sərt etiraz edib.

Teleqraf xəbər verir ki, bu barədə Yapniya hökumətinin baş katibi Minoru Kixara mətbuat konfransında bildirib.

Noyabrın 7-də Şimali Koreya Yapon dənizinə azı bir naməlum ballistik raket atıb. Yaponiya hökuməti raketin artıq dənizə düşdüyünü açıqlayıb.

“Hesab edirik ki, Şimali Koreya müxtəlif tipli raket buraxılışları, peyk sınaqları və nüvə testləri kimi daha çox təxribat xarakterli addımlar ata bilər”, - Kixara qeyd edib.