BAKI, 17 oktyabr. TELEQRAF

Yaponiyanın keçmiş baş naziri Tomiçi Murayama 101 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Murayama 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarına qədər baş nazir vəzifəsində çalışıb, üç partiyanın - Sosialist Partiyası, Liberal Demokrat Partiyası və kiçik Yeni Sakiqake Partiyasının yaratdığı koalisiya kabinetinə rəhbərlik edib.

Murayama 1995-ci ildə dərc olunmuş bəyanatında Yaponiyanın müstəmləkəçiliyi və təcavüzündən əziyyət çəkən bütün Asiya ölkələrindən rəsmi üzr istəməsi ilə tanınır.