BAKI, 10 oktyabr. TELEQRAF

“Tacikistanın MDB-yə sədrlik etdiyi il iqtisadiyyat, nəqliyyat və rəqəmsal inteqrasiya sahələrində əməkdaşlığın genişlənməsi ilə yadda qalıb”.

Teleqraf xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının iclasını açarkən deyib.

“Müxtəlif səviyyəli və formatda onlarla tədbir keçirilib. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə üstünlük verilib və ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, rəqəmsal inteqrasiya üzrə işlər davam etdirilib”, - Rəhmon bildirib.