BAKI, 10 oktyabr. TELEQRAF
“Tacikistanın sədrliyi dövründə MDB-yə üzv ölkələrin diqqəti təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib”.
Teleqraf xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasını açarkən deyib.
“Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə, xüsusilə də təhlükəsizlik riskləri və təhdidlərinin aradan qaldırılmasına diqqət yetirilib”, - o qeyd edib.
Emoməli Rəhmon əmin olduğunu bildirib ki, birgə səylər birliyin potensialının daha da gücləndirilməsinə yönəlmiş həll yollarına gətirib çıxaracaq.