BAKI, 7 oktyabr. TELEQRAF
Qırğızıstan təhsil sektoruna dəstək üçün Avropa İttifaqından (Aİ) 6,5 milyon avro qrant alıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Vəsaitlər məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək və onun bütün uşaqlar üçün əlçatanlığını təmin etmək məqsədi daşıyır. Qrant həmçinin nazirliyin elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində fəaliyyətinin dəstəklənməsi, rəqəmsal və media savadlılığının təşviqi və müasir dərsliklərlə təmin olunması üçün istifadə olunacaq.
Qeyd edilib ki, bu, Aİ-nin “Altın Kazık” milli təhsil proqramının icrası çərçivəsində ayırdığı 27 milyon avroluq ümumi məbləğin üçüncü tranşıdır.