BAKI, 6 oktyabr. TELEQRAF
“Polşa uzun müddətdir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mahiyyətini sarsıtmaq və məhv etmək üçün dağıdıcı səylərlə məşğuldur”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat ATƏT-in təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün yaradıldığını xatırladıb. Zaxarovanın sözlərinə görə, NATO ölkələrinin səyləri sayəsində bu təhlükəsizlik və əməkdaşlıq çox zəifləyib.
Oktyabrın 5-də bildirilib ki, Rusiya İctimai Seçki Hüququ İnstitutunun nümayəndələri Polşa vizalarını ləğv etdiyi üçün ATƏT-in fəaliyyətdə olan sədrinin Varşavada təşkil etdiyi konfransda iştirak edə bilməyib.